Bakıda ərzaq mağazası yanıb

Bakı şəhərinin Xəzər rayonunda ərzaq mağazası yanıb.
Fövqəladə Hallar Nazirliyindən Minval.info-ya verilən məlumata görə, rayonda ümumi sahəsi 70 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan mallar 60 m² sahədə yanıb. Yüksək temperaturdan 2 ədəd vitrin soyuducusu əriyib.
Mağazanın qalan hissəsi, bitişik tikili və ev yanğından mühafizə olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

