Bakıda şəhid lövhəsi təhqir olunub – FOTOLAR
Bakının Xəzər rayonunda Qarabağ şəhidlərinin şərəfinə yerləşdirilmiş xatirə lövhəsi təhqir olunub.
Minval.İnfo xəbər verir ki, bu haqda Oxu.Az-a şəhidlərdən birinin oğlu Cəsarət Aslanov bildirib.
Söhbət Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan üç qardaşdan – Vidadi, Xəqani və Xasil Aslanovlardan gedir.
“Bir neçə gün öncə naməlum şəxs lövhənin önünə qoyulmuş gülləri qıraraq yandırıb. Daha sonra isə o, bir neçə fənəri sındıraraq daş üzərində xaş çəkib”, – deyə Xəqani Aslanovun oğlu bildirib.
Baş vermiş hadisə Xəzər rayon Polis Bölməsi tərəfindən araşdırılır.
Həmçinin Oxu.Az oxucuların diqqətinə Xəzər rayon Polis Bölməsinin şərhini də çatdıracaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22



