Bakıda sərnişin avtobusu piyadanı vurub
Minval.info APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
1989-cu il təvəllüdlü Səliyev Bəxtiyar Ağadur oğlu dayanacaqdan yolun digər tərəfinə keçmək istəyərkən onu 208 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22


