Bakıda sərnişin dolu avtobus kafeyə çırpıldı

Paytaxtda sərnişinlə dolu avtobus qəzaya uğrayıb.
Minval.İnfo Milli.Az-a istinadən xəbər verir ki, Koroğlu-Zabrat istiqamətində hərəkət edən 198 saylı marşrut avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində “Qartal” kafesinin divarına çırpılıb.
Nəticədə xoşbəxtlikdən sərnişinlərdən ciddi xəsarət alan olmasa da, avtobusun ön hissəsi yararsız hala düşüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

