Bakıda sərnişin nəqliyatında bədbəxt hadisə: Sürücü məsuliyyətsizliyi
Bakıda avtobusdan sərnişin yıxılaraq ağır xəsarət alıb.
ONA-nın məlumatına görə, hadisə “199” saylı sərnişin xətti üzrə hərəkət edən avtobusda baş verib.
1962-ci il təvəllüdlü Mədətova Sabitə İmdad qızı avtobusdan enmək istəyərkən sürücü qəfil hərəkətə keçib. Bu zaman S. Mədətova yerə yıxılaraq ağır kəllə beyin travması alıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

