Bakıda sürücü sərnişini xəstəxanalıq etdi – FOTO

Bakı Bus MMC-yə məxsus 3 nömrəli avtobusda sürücü səhlənkarlığı baş verib.
Minval.İnfo axar.az-a istinadən xəbər verir ki, Rəşad Babayev adlı sürücü işıqforda avtobusu saxlamaq üçün qəfil əyləcə basıb. Bu zaman avtobusda olan qadın sərnişin avtobusa çırpılaraq xəsarət alıb.
Sərnişinlər dərhal yaşlı qadına avtobusdan düşməyə köməklik göstəriblər. Əraziyə təcili tibbi yardım xidməti çağırılıb və qadın xəstəxanaya aparılıb.

XƏBƏR LENTİ
2025/11/19 14:22

