Bakıda sürücülər dava etdi: “Onun bıçağı var…” – Video
Bakının “Şamaxinka” adlanan ərazisində sürücülər arasında insiden yaşanıb. Belə ki, 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobusu idarə edən şəxslə “Mercedes” markalı avtomobil sürücüsü dalaşıb.
Minval.info xəbər verir ki, çoxlarının “Maşın şou”dan sonra tanıdığı aparıcı Firuzə Cəlilova şəxsi “İnstagram” hesabında baş verən hadisə ilə bağlı video paylaşıb.
Cəlilova yayımladığı videoya şərh olaraq yazıb ki, mayın 31-də saat 20:30 radələrində yaşanan hadisə zamanı minik maşının sahibi avtobus sürücüsünü yol verməməkdə ittiham edərək, soyuq silahla onun üstünə hücum çəkib, nalayiq ifadələrdən istifadə edərək cəmiyyət içərisində onun şərəf və ləyaqətini alçaldıb.
Firuzə xanım həmçinin bildirib ki, avtobus sürücüsünə dəstək olmaq və münaqişənin sülh yolu ilə həll olunmasına cəhd göstərən “Bakubus” MMC-yə məxsus avtobusun sürücüsü də təhqirlərə məruz qalıb. Məsələ o həddə gəlib ki, qəzəbli sürücü yanğınsöndürən balonla “Bakubus”un sürücünə xəsarət yetirmək istəyib. Lakin ətrafdakı insanların məsələyə vaxtında müdaxiləsi təhlükəni sovuşdurub.

