Bakıda sürücülər etiraz aksiyası keçirdilər: “Gürcüstan nömrəli maşınların fəaliyyəti qanunsuzdur” – REPORTAJ, VİDEO, FOTOLAR

Bakıda sürücülər Dövlət Nəqliyyat Xidməti “Avtomobil Nəqliyyatı ilə Daşınmaların Təşkili” MMC-nin qarşısında etiraz aksiyası keçirib. Aksiyada təxminən 30-a yaxın sürücü iştirak edib. Aksiyanın keçirilməsində əsas məqsəd Gürcüstandan Azərbaycana daxil olan avtobusların qeyri-qanuni fəaliyyət göstərməsi olub.

Sürücülər açıqlamasında bildiriblər ki, Gürcüstandan, Türkiyədən avtobuslar ölkəyə daxil olaraq, qeyri-qanuni sahibkarlıqla məşğul olurlar. Çox ucuz qiymətə fəaliyyət göstərirlər, onların bu cür fəaliyyətləri qeyri-qanunidir.

Aksiya iştirakçılarından olan Ramil Bayramov musavat.com-a açıqlamasında bildirib ki, işbazlar Gürcüstandan Azərbaycana avtobus gətirərək, gürcü nömrəsi ilə qeyri-qanuni işləyirlər: “Biz bu ölkənin vətəndaşıyıq və dövlətə vergi veririk. Turizm şirkətləri ilə sifariş əsasında işləyirik. Ancaq bizə işləməyə imkan vermirlər. Kənardan Gürcüstan maşınlarını ucuz alıb, gətirirlər. Misal üçün, mən “Sprinter” “Mercedec”i 50 min manata alıram. Onlar isə bu maşını Gürcüstandan 25 min manata alır. Orada gömrük rüsumu çox ucuzdur. Bu maşınlarla Azərbaycana gəlib, gürcü nömrəsi ilə sərnişindaşımada işləyirlər. Halbuki bu, qanunsuz bir fəliyyətdir. Bizimlə müqayisədə çox ucuz işləyirlər. Lazım olduqda ehtiyat hissələrini istədikləri vaxt Gürcüstandan ucuz qimyətə sifariş verirlər. Buna görə də aşağı qiymətlərlə işləmək onlara sərf edir. Belə ki, bizim götürdüyümüz 20 manatlıq sifarişi, onlar 7-10 manata təklif edirlər. Nəticədə biz rəqabətdə uduzuruq. Ən əsası da heç bir qanuni sənədləri olmadan fəaliyyət göstərirlər. Burada bir çox sürücü maşınını kreditə götürüb. Bəs, biz ailəmizi necə saxlayaq? Həmin sürücülər getsinlər, Azərbaycan nömrəsi alıb, işləsinlər. Biz Gürcüstanda işləsək, 5 min lari cərimə edərlər. Türkiyədə isə bu qaydaları pozanı 5 min dollar cərimələyirlər. Bunun üçün müqavilə olmalıdır”.

Aksiya iştirakçısı deyir ki, heç bir ölkə öz ərazisində xarici nömrəli maşının kommersiya fəaliyyətinə icazə vermir: “Biz Gürcüstana müştəri aparırıq, bunun üçün dövlətə 400 manat ödəniş edirik ki, ölkədən çıxış-giriş icazəsi versin. 80 manata “Green card” alırıq, maşını sığortalayırıq. Dövlət səviyyəsində hər icazəmizi alırıq. Rusiyaya, Gürcüstana turist aparırıq. Yalnız orada işləməmək şərti ilə… Apardığımız sərnişinləri geri qaytarırıq. Gürcüstandan gələnlər isə 3 ay, hətta 1 il Azərbaycanda qeyri-qanuni işləyirlər. Biz Gürcüstanda bu hərəkəti edə bilmərik, dərhal cərimə tətbiq edərlər. Türkiyədən maşın alırıq, gömrükdə sənədləşdirəndən sonra orada tapşırırlar ki, yolda qətiyyən yük və yaxud sərnişin götürməyin. Bizdə isə Nəqliyyat Departamentinə 300 manat pul verib, rahat işləyirlər. Biz aksiyanı dinc şəkildə keçirdik. Polislər də bizə yaxınlaşdılar. Onlara problemimizi danışdıq, bizi başa düşdülər”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova isə musavat.com-a açıqlamasında bildirdi ki, təmsil etdiyi qurum bu cür qeyri-qanuni daşımaların qarşısını almaq məsələsində səlahiyyətli orqan deyil: “Dövlət Avtomobil Nəqliyyatı Xidməti Gürcüstan nömrəli avtobusların sərnişindaşımadakı qeyri-qanuni fəaliyyətinə görə cəza tətbiq edən qurum deyil. Bizim belə bir səlahiyyətimiz yoxdur. Təbii ki, bu durum bizi də narahat edir. Problemlə bağlı əlimizdə olan imkanlar daxilində təkliflər paketi hazırlayıb, aidiyyatı qurumlara göndərmişik. Biz də məsələnin müsbət həll olunacağını gözləyirik. Bilirsiniz ki, sərnişin daşımalarında vergi daxilolmalarını birbaşa tənzimləyən bizik və təəssüflər olsun ki, bu cür qeyri-qanuni daşımalar əslində, bizim qanuni müntəzəm və qeyri-müntəzəm daşımalardan vergi daxilolmalarını azaldır”.

Reportaj

Nəşr edilib: 2019/01/15 19:00

Baxış: 2033


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06