Bakıda sürücüyə qarşı quldurluq

Bakıda sürücüyə qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyindən Minval.info-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Ağayev oktyabrın 27-də saat 2 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində “Nissan” markalı avtomobilinə oturan şəxsin onu bıçaqla hədələyib 100 manat pulunu aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini A.Həsənov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

