Bakıda tanınmış klubda mühafizəçi müştərini döyərək öldürüb

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.
Minval.info APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb.
Belə ki, “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb. O.Şahbazov saxlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

