Bakıda tibbi maska taxmış şəxslər evə basqın edib
“Report”un məlumatına görə, Nizami rayonunda S.Səfərovanın yaşadığı mənzilə tibbi maska taxmış üç nəfər aldatma yolu ilə daxil olub.
Naməlum şəxslərin ikisi kişi, biri isə qadın imiş.
Onlar S.Səfərovanı döyərək hədələyib, onun evindəki qızıl-zinət əşyalarını aparıblar.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22


