Bakıda xadimə işlədiyi evdən 45 min manat oğurladı
Bakıda evdən oğurluq edən qadın tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də rayon ərazisindəki evlərin birindən 23 000 manat pul və 15 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Quliyeva saxlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

