Bakıda xadimə mənzildən 5 min manatlıq oğurluq edib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Nərimanov RPİ 18-ci Polis Şöbəsinə yanvarın rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Dadaşova saxlanılıb və o, bu cinayət əməlini törtəməsini etiraf edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22


