Bakıda xüsusi karantin rejimini pozan “Topaz” aşkarlanıb, 5 nəfər saxlanıb
Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq müəyyən edilmiş vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyekt aşkarlanıb.
APA-nın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Nizami 187 ünvanlarında “Topaz” idman-mərc oyunları obyektinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 5 nəfər saxlanaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi – 1984-ci il təvüllüdlü Bəxtiyar Kərimov 1500 manat, digərləri 100 manat cərimə olunublar.
XƏBƏR LENTİ
2025/11/19 14:22

