Bakıda yanğın – Küçədə dayanan maşınla birgə ev də yandı (VİDEO)
Bakıda yanğın hadisəsi baş verib.
Minval.info xəbər verir ki, FHN-nin mətbuat xidmətindən verilən məluamta görə, Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda dayanmış “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri, bitişik, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və evin xarici divarında quraşdırılan 1 ədəd kondisioner mühərriki yanıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

