Bakıda yanğın, ölən var
Bakıda faciə ilə nəticələnən yanğın baş verib.
Minval.info xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzildə 1 ədəd çarpayı və 2 ədəd televizor yanıb. Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Seyidov Slavik Seyid oğlunun qismən yanmış meyiti aşkar olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə edilib, yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

