Bakıda yanğın olub
Bu gün Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 45 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları və onun yaxınlığındakı ümumi sahəsi 70 m2 olan tikilinin (sökülməkdə olan) içərisinə yığılmış taxta tullantıları 25 m2 sahədə yanıb.
Minval.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqda olan ağaclar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

