Bakıda yanğın: Ərzaq və kənd təsərrüfat malları alışdı
Minval.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan kənd təsərrüfatı malları yığılan anbarın pəncərə çərçivəsi, içərisində olan 1 ədəd soyuducu və 20 m² sahədə ərzaq malları yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22


