Bakıda yarışa çıxan “Mercedes” başqa maşına çırpıldı – Qəzanın VİDEOSU
Bakıda yarışa çıxan “Mercedes” qəzaya səbəb olub.
Hədisəni hərəkətdə olan digər nəqliyyat vasitəsinə quraşdırılan kamera lentə alıb.
Minval.info avtosfer.az-a istinadən xəbər verir ki, əvvəlcə ağ rəngli “Mercedes” markalı avtomobil yüksək sürətlə təhlükəli manevr edərək yoluna davam etdirir. Bu zaman onun arxasınca sürətlə gələn digər “Mercedes” markalı maşın yolun sol zolağı ilə hərəkət edən avtomobilə arxadan çırpılır.
Hadisə zamanı qəzanı törədən “Mercedes”in sürücüsü yüngül xəsarətlər alıb. Qəza yerinə yol polis əməkdaşları gəliblər. Avtomobillər cərimə meydançasına aparılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

