Bakıda yaşayış binasında partlayış
Bakıda yaşayış binasında partlayış olub.
Minval.info-nun APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda baş verən partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.
Dağıntılar altında qalanların olduğu ehtimalı da var.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Xatırladaq ki, iki gün öncə Bakının mərkəzi küçələrin birində güclü partlayış baş vermişdi. Hadisə nəticəsində bir nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

