Bakıda yaşayış binasında yanğın: 15 sakin təxliyə edilib

Bakıda yaşayış binasında yanğın baş verib.
Minval.İnfo FHN-in saytına istinadən xəbər verir ki, yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 69 m2 olan iki otaqlı (yaşayışı olmayan) mənzildə baş verib.
Nəticədə mənzildə 8 m2 sahədə məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təxliyə edilib.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

