Bakıda yaşayış binasında YANĞIN – 6 nəfər təxliyə olundu
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 16-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 30 p.m və binanın dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb.
Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtanın qalan hissəsi, sayğaclar və mənzillər yanğından mühafizə olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

