Bakıda yaşayış evində yanğın: Xəsarət alan var
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Minval.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yanğından qonşu evlər mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

