Bakıda yaşlı kişi sirkə içib özünü öldürdü

Bakıda intihar hadisəsi olub.
Minval.info-nun məlumatına görə, hadisə bu gecə paytaxtın Keşlə qəsəbəsində baş verib.
63 yaşlı Allahverdiyev Faiq İbrahim oğlu yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib. O, dərhal 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İntiharın dəqiq səbəbləri bilinmir.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

