Bakıda yeni metrostansiya açılacaq

Prezident İlham Əliyev son müşavirədə Bakıda metro stansiyalarının tikintisinin sürətləndiriləcəyini və stansiyaların sayının artırılacağını bildirib.
Minval.info xəbər verir ki, görüləcək işlərlə bağlı Trend-ə danışan Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hazırda bir neçə metro stansiyasının tikintisi davam etdirilir:
“Hazırda paytaxtın Ceyhun Səlimov küçəsindəki “Bənövşəyi xətt” üzrə şərti adı “B3” olan metro stansiyası, “Xocahəsən” Elektrik Deposu, “Avtovağzal” stansiyasından “Xocahəsən” Elektrik Deposuna gedən tunel və “Həzi Aslanov-2” stansiyasında tikinti işləri davam etdirilir. Bu stansiyalardan ən birinci “B3″ stansiyası istifadəyə veriləcək. Stansiyada 3 lift və 17 müasir tipli eskalator quraşdırılacaq”.
Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, stansiyanın bu il istifadəyə verilməsi gözlənilmir:
“Ən birinci açacağımız “B3″ metro stansiyasının bu il istifadəyə verilməsi gözlənilmir. Əgər işlər qaydasında davam edərsə, stansiya gələn il istifadəyə verilə bilər”.
Qeyd edək ki, Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud – Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt – Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub

Ölkə

Nəşr edilib: 2018/04/26 11:06

Baxış: 455


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06