Bakıda yeni polis bölməsi yaradıldı

Bakıda yeni polis bölməsi yaradılıb.
Minval.İnfo-nun ONA-ya istinadən məlumatına görə, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi açılacaq.
Rayonun Binə qəsəbəsində yeni bölmə üçün inzibati bina da inşa edilib. Bölmənin şəxsi heyəti hələlik formalaşmayıb.
Yeni bölmənin mart ayında açılışı gözlənilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

