Bakıda yeni sərnişin avtobusunda hadisə: Sərnişinlər endirildi
Bakıda avtobusu tüstüləndi, sərnişinlər nəqliyyat vasitəsindən endirildi.
88 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən 99JK359 DQN-lı avtobus R.Behbudov küçəsində olarkən mühərrikxanada texniki nasazlıq yaranıb.
Minval.info-nun xəbərinə görə, Bakı Nəqliyyat Agentliyi hadisə ilə bağlı bizimyol.info-ya açıqlama verib:
“Yəni hər hansı bir alovlanma və ya yanğın hadisəsi deyil. Xətt üzrə sərnişindaşıma ilə məşğul olan dəşıyıcı tərəfindən əraziyə texniki personal gedib və nasazlıq aradan qaldırılıb”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

