Bakıda yeni tikilən 20 mərtəbəli binada faciə – ÖLƏN VAR
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Xətai rayonu ərazisində – Zığ yolu küçəsi 8 ünvanında tikilən 20 mərtəbəli “Skyland” yaşayış binasında işləyən fəhlə hümdürlükdən yıxılıb.
Belə ki, 12-ci mərtəbədə yük boşaldılması zamanı müvazinətini itirən 1963-cü il təvəllüdlü Süleymanov İlham Həsən oğlu yıxılaraq 3-cü mərtəbədəki meydançanın üstünə düşüb. O, hadisə yerindəcə keçinib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./Publika.az
XƏBƏR LENTİ
2025/11/19 14:22


