Bakıda yol polisinin maşını yandı – Video
Bakıda Dövlət Yol Polisinə məxsus “BMW” markalı avtomobil yanıb.
Minval.info xəbər verir ki, hadisə ötən gün Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasının qarşısında baş verib. Xidmətdə olan avtomobil qəfildən yanmağa başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər gələnə kimi, polis əməkdaşları avtomobildə olan odsöndürən balonlarla avtomobili söndürməyə çalışıblar. Avtomobilin mühərrik hissəsi yanaraq yararsız hala düşüb.
Hadisə zamanı xərasət alan olmayıb.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22


