Bakıda yolu keçən piyadanı avtomobil vurub öldürdü
Xəzər rayonunun Albalılıq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 26-da saat 20 radələrində Xəzər rayonunun Albalılıq qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini F.Məmmədov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

