Bakıda yolun ortasında qısa geyimlə rəqs edən qızın görüntüləri rekord qırır – VİDEO
“Bakı Ağ Şəhər” yaxınlığında çəkilən görüntülər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Minval.İnfo xəbər verir ki, zərb ifaçısı gənc oğlan artıq bir neçə dəfədir ki, öz ifasını müşayiət edən qızlarla diqqət mərkəzinə düşür. Belə ki, bundan öncə də Qız Qalasının yaxınlığında çəkilən görüntülərdə rəqqasə Renka oriental rəqs etmişdi. İndi isə başqa bir xanım qısa geyimlə Qafqaz rəqsini nümayiş etdirib.
Video sosial şəbəkələrdə ciddi baxış sayı toplaya bilib. İstifadəçilər bu görüntüləri tənqid etsələr də, bir çoxları rəqsi bəyəndiklərini etiraf ediblər.
Həmin görüntüləri təqidm edirik:
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

