Bakıda yük avtomobili yanıb

Bakının Xəzər rayonunda “UAZ” markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Minval.info-ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

