Bakıda yük maşını aşdı, tıxac yarandı – Foto
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info-nun xəbərinə görə, qəza paytaxtın Fəhlə prospektində qeydə alınıb. Belə ki, 99 JD 736 dövlət nömrə nişanlı yük maşınının sürücüsü idarəetməni itirərək yolda aşıb. Nəticətə prospektin hər iki tərəfində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Hadisənin səhər saatlarında baş verdiyi deyilir.
Qəza baş verən əraziyə YPX maşını gəlib, fakt araşdırılır.


XƏBƏR LENTİ
2025/11/19 14:22

