Bakıda yük maşını “BakuBus” avtobusuna çırpılıb: Xəsarat alan olub
Gecə saatlarında Suraxanı rayonu ərazisində, Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, “Ford” markalı yük avtomobili idarəetmənin itirilməsi nəticəsində 175 saylı xətt marşrutu üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.
Hadisə nəticəsində yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlər arasında isə xəsarət alan olmayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

