Bakıda yük maşını dağdan aşıb
Bakının Qaradağ rayonunda daş karxanasında bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, rayonun Korgöz qəsəbəsindəki daş karxanasında 1987-ci il təvəllüdlü Malik Qasımov idarə etdiyi “KaMAZ” markalı yük avtomobilini dağdan aşırıb. Nəticədə xəsarət alan sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

