Bakıdakı dəbdəbəli toyun sahibi bəlli oldu – Şöbə müdirinin oğlu
Yanvarın 13-də yerli və xarici məşhurların iştirak etdiyi dəbdəbəli toyun səbəbkarları məlum olub.
“Böyük Saray”da keçirilən və Murad Boz, Fərhad Köçər, Leonid Aqutinin qatıldığı gecə sosial şəbəkələrdə geniş müzakirə olunub. Türkiyə mediası toyun sahibini azərbaycanlı iş adamı kimi təqdim edib.
Minval.İnfo xəbər verir ki,“Qafqazinfo” toyla bağlı bəzi məlumatları əldə edib. Məlum olub ki, toyun səbəbkarları Güləndam Əhmədzadə və Fərrux Həsənovdur.
Bəyin atası Fərhad Həsənov Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayeva isə “Moskva” univermağının sahibəsidir.
Həmçinin, gəlinin Qaxda tanınmış nəslin təmsilçisi olduğu bildirilir.
Toy sahiblərinin yaxınları bildiriblər ki, türkiyəli sənətçilərin xəbərdə qeyd olunduğu kimi 400 min dollara toya dəvət olunmaqları yalandır. Əlavə edilib ki, bu qiymət dəfələrlə şişirdilmiş və qeyri-ciddi informasiyadır.
Lakin onlar sənətçilərin hansı qiymətə toya dəvət edildiklərini açıqlamayıblar.
Minval.İnfo






