Bakıdakı təhsil mərkəzində meyit tapıldı
Bakıdakı təhsil mərkəzində ölüm hadisəsi baş verib.
Minval.info report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən Xabad-Or-Avner təhsil mərkəzində qeydə alınıb.
Məktəbin mühafizəçisi 1968-ci il təvəllüdlü Baloğlan Muradzadənin meyiti məktəbin sanitar qovşağında aşkar edilib.
Onun ölümünün səbəbləri Xətai Rayon Prokurorluğunda araşdırılır.
Qeyd edək ki, Xabad-Or-Avner təhsil mərkəzində yəhudi uşaqlar təhsil alır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

