Bakıdakı yanğında qadın balkondan yıxılıb öldü – Foto
Bakıda yaşayış binasında baş verən yanğın zamanı bir nəfər vəfat edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, aprelin 5-də Xətai rayonu, S. Vəzirov küçəsi 17 ünvanında yerləşən binada qısa qapanmadan yanğın başlayıb.
Nəticədə 11 saylı mənzil tamamilə yanıb, həmin evdə yaşayan 1955-ci il təvəllüdlü Leyla Manafova sürüşərək balkondan yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətlərdən vəfat edib.
Onunla eyni ünvanda yaşayan əri, 1953-cü il təvəllüdlü Nazim Manafov isə xilasedicilər tərəfindən mənzildən çıxarılıb və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

