Bakıdan Moskvaya uçan təyyarə qəza enişi edib
Bakı-Moskva marşrutu üzrə hərəkət edən və göyərtəsində sərnişinlərin olduğu “Gulfstream” təyyarəsi aprelin 8-də səhər saatlarında “Şeremetyevo” hava limanına qəza enişi edib. Bu barədə Rusiya KİV-ləri xəbər verir.
Müşahidə kameralarından olan qeydlərdə görünür ki, təyyarə uçuş-enmə zolağına endikdən sonra asfalt örtükdən kənara çıxıb.
Nəticədə, təyyarənin şassisinin dirəkləri qırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

