Bakıdan Qusara istirahətə gedən 13 yaşlı oğlan dağdan yıxılaraq ölüb
Qusar rayonunda yeniyetmə oğlan faciəvi şəkildə ölüb.
Minval.info-nun əldə etdiyi məlumata görə, hadisə dekabrın 5-i saat 16 radələrində rayonun Laza kəndi ərazisində qeydə alınıb.
Belə ki, yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb. Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

