Bakıdan Rusiyaya uçan təyyarə təcili eniş etdi

Bakı-Surqut marşrutu üzrə uçan “ЮТэйр” (“Utair”) aviaşirkətinə məxsus təyyarə Ufa hava limanında təcili eniş edib.
Minval.İnfo-nun Trend-ə istinadən məlumatına görə, Ufa beynəlxalq hava limanının mətbuat katibi Tatyana Rizvan bildirib ki, təyyarənin sərnişini uçuş zamanı özünü pis hiss edib:
“Təyyarə hava limanına endikdən sonra sərnişin xəstəxanaya yerləşdirilib”.
T.Rizvanın sözlərinə görə, daha sonra təyyarə öz marşrutu üzrə uçuşa davam edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

