Bakını yenə toz bürüdü
Bakı və Abşeron yarımadasında toz-dumanı müşahidə olunur.
Minval.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına görə 25 iyul 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb. Buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.
Qeyd edək ki, atmosferdə müşahidə olunan toz 27 iyul 2018-ci il tarixinədək davam edəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

