Bakının bir hissəsi susuz qalacaq
Paytaxtın Nəsimi rayonu 1, 2, 3, 4, 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Minval.info-ya “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məhdudiyyət Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

