Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq
Bakı şəhəri, Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün temperatur şovlarının yenilənməsi ilə əlaqədar olaraq noyabr ayının 20-i və 21-də körpü üzərində “Qələbə dairəsi” istiqamətində hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Minval.info-ya Azərbacyan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumatada qeyd olunub ki, alternativ olaraq sürücülər Əbdülvahab Salamzadə küçəsinin sağ kənar yolundan istifadə edə bilərlər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

