Bakının mərkəzi küçələrində hərəkət qismən məhdudlaşdırılır – XƏRİTƏ
Təbriz və Salatın Əsgərova küçələrində hərəkət qismən məhdudlaşdırılır.
Minval.info bildirir ki, “Azəravtoyol” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən həmin istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22


