Bakının mərkəzində ərəb yoxa çıxdı – FOTO

Bakıda əcnəbi vətəndaş itkin düşüb.
Minval.İnfo-ya Daxili İşlər Naziriliyindən verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1962-ci il təvəllüdlü Salim Səid Salim dekabrın 27-də Səbail rayonu, Fəvvarələr meydanında itkin düşüb.
Sonuncu dəfə əynində göy cins şalvar, qara qış gödəkçəsi və qəhvəyi rəngli papaq olub.
Şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Səbail Rayon Polis İdarəsinə, 9-cu Polis Bölməsinə (012) 437-02-02, (012) 492-02-02, (050) 776-77-44 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

XƏBƏR LENTİ
2025/11/19 14:22

