Bakının mərkəzində yanğın başlayıb – FOTO

Bakıda Köhnə Günəşli, Səməd bəy Mehmandarov, 68 ünvanında binanın qarşısındakı fərdi bağlarda yanğın başlayıb.
Minval.İnfo-nun Trend-ə istinadən məlumatına görə, əraziyə 2 yanğınsöndürən maşın cəlb olunub.
Həyətdə saxlanılan avtomobillər səbəbindən yanğınsöndürən maşınlar əraziyə yaxınlaşa bilmir.
Binanın 1-ci mərtəbəsi üçün təhlükə yaranıb.
Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.
XƏBƏR LENTİ
2025/11/19 14:22

