Bakının əsas girişi bağlandı
Minval.info // Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunub.
Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.
Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.
Minval.info

