Bakının üç qəsəbəsi susuz qalıb – Problemin nə zaman həll olacağı AÇIQLANDI

Bu gün Bakının üç qəsəbəsində içməli su təchizatında məhdudiyyətlər yaranıb.
Minval.info bildirir ki, “Azərsu” ASC-dən verilən məlumata görə, magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar Xocahəsən qəsəbəsində, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrnin bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.
Məlumatda bildirilib ki, içməli suyun verilişində fasilə yanvarın 22-də günün birinci yarısına qədər davam edəcək.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

