Bakının Xətai rayonunda su kəsiləcək
Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar bu gün rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Minval”a “Azərsu” ASC-dən məlumat verilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

